Open Handset Alliance | |
---|---|
Növü | Konsorsium |
Yaranma tarixi | 5 noyabr 2007[1] |
Mərkəzi | |
openhandsetalliance.com |
Open Handset Alliance — mobil cihazlara açıq standartlar yaratmaq üçün qurulmuş və 84[2] şirkətin üzv olduğu Konsorsium. Üzvlər arasında HTC, Sony, Dell, Intel, Motorola, Qualcomm, Texas Instruments, Google, Samsung Electronics, LG Electronics, T-Mobile, Sprint Corporation, Nvidia və digər şirkətlər[3] var.
OHA 5 noyabr 2007-ci ildə Google və aralarında mobil telefon istehsalçıları, proqram təminatı istehsalçıları, bəzi mobil operatorlar və çip istehsalçılarının[4] da olduğu 34 üzvün[3] rəhbərliyi ilə yaradıldı. Alyansın aparıcı proqram təminatı Android (ilk olaraq Google tərəfindən 2007-ci ildə yaradılıb) açıq qaynaq lisenziyasına əsaslanır və Apple, Microsoft, Nokia (Symbian), HP, Samsung Electronics / Intel (Tizen, Bada), BlackBerry şirkətlərinin mobil platformalarına qarşı rəqabət aparır.
Vahid Android platformasının yayılması səyləri çərçivəsində OHA üzvlərinə müqavilə əsasında Androidin uyğun olmayan forklarına əsaslanan cihazlar istehsal etmək qadağan edilib.[5][6]